...

Azərbaycan mikromaliyyələşdirmə bankı ölkə üzrə aqrokreditləşməni genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 01:30 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / Yeni məhsulun buraxılışından sonra , iki ay ərzində Azərbaycan mikromaliyyələşdirmə bankının aqrokreditlər portfeli 1 mln. dolları aşıb . Bu haqda bazar ertəsi bankdan bildiriblər .

Pilot layihəsi Şəki və Lənkərandan başlayıb , bir ay əvvəl isə Sumaqyıt da daxil edilib . Portfel orta həcmi 1700 dollar olan 630 kreditdən ibarətdir . Bu da proqramın kiçik kənd təsərrüfatı biznesinin əhatə etməsini təstiqləyir .

Yaxın zamanlarda bank bu proqramı Bakıdan kənarda yerləşən bütün filiallar üzrə genişləndirməyi planlaşdırır . Bu məhsul daha bir müştəri qrupunun maliyyələşdirilməsinə imkan yaradır və , həmçinin , Azərbaycanda şəxsi sektorun dəstək və inkişafını davam etdirir .

" Azərbaycanın kənd təsərrüfatı sektoru maliyyəyə imkanlarının məhdudiyyətindən və rahat bank məhsulunun olmamasından əziyyət çəkir . Almaniya inkişaf bankının KfW texniki dəstəyi bizim banka aqrar sahənin tələbatlarına cavab verəcək məhsulların istehsalına imkan yaradır . Proqramın ilk iki ayı bizim bu sektorla işə hazır olduğumuzu göstərdi " - deyə baş menecer Endrü Pospielovski bildirdi .

"Bank kənd rayonlarında yaşayan və kənd təsərrüfatı biznesilə məşğul insanlar üçün olan yeni maliyyə məhsulları spektri hazırlayıb . Bu heç də asan məsələ deyildir və , zənnimcə , əldə etdiyimiz məhsulu uğur gözləyir . Fikrimcə , biz bununla fəxr etməliyik " - deyə , aqrokreditləşmə layihəsinin başçısı Sebastyan Farinyars qeyd etdi .

Azərbaycan mikromaliyyələşdirmə bankı 100 faiz xarici kapital əsasında qurulub və altı təsisçiyə məxsusdur : Avropa yenidənqurma və inkişaf bankı , Beynəlxalq maliyyə korporasiyası , Qara dəniz ticarət və inkişaf bankı , Almaniya höküməti nəznində olan KfW , LFS Financial Systems GmbH alman konsaltinq şirkəti və mikrokreditləşmədə strateji investor AccessHolding .

Xəbər lenti

Xəbər lenti