...

Prezident İlham Əliyev: 2008-ci ildə Azərbaycanda kommunal xidmət qiymətlərinin artımı planlaşdırılmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ 2008-ci ildə Azərbaycanda kommunal xidmət qiymətlərinin artımı planlaşdırılmır" - deyə bazar ertəsi prezident İlham Əliyev Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial-iqitsadi inkişafının yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Prezident kommunal xidmətlərə görə olan qiymət artımı planının olmamasının Azərbaycanda birrəqəmli inflyasiyaya gətirib çıxaracağına ümid etdiyini ifadə edib.

"Birrəqmli inflyasiya ölkənin 2008-ci ildə uğurlu inkişafını təmin edəcək, əhalinin pul gəlirlərini artıracaq" - deyə dövlət başçısı vurğulayıb.

Bu ilin əvvəlində Azərbaycanda elektrik enerjisinə olan tariflərin artması inflyasiya artımına təkan verdi. Baxmayaraq ki, dünyada neftin qiyməti, həmçinin bu prosesə təsir göstərir" - deyə İlham Əliyev bildirib.

Azərbaycan prezidenti bildirib ki, 2008-ci ildə ölkənin valyuta ehtiyyatları 10 mlrd. dollara qədər təşkil edəcək. "Biz bütün bu vəsaiti istifadə edə bilmərik. Əgər biz bütün bu vəsaiti daxili bazara yönəltsək, inflyasiya artımı sürətlənəcək. Biz əhalinin artan təlabatlarını təmin etməliyik. Əmək haqqı və pensiyaları qaldırmalıyıq və onlar da qalxacaq. Lakin əgər biz bunu gözlənilmədən və böyük həcmdə etsək, bu inflyasiyaya təsir edəcək" - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə minimum əmək haqqı və pensiyalar, həmçinin büdcədən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən vətəndaşların məvacibbləri artırılacaq.

Xəbər lenti

Xəbər lenti