...

"Gunay Bank" Azərbaycanın Əmanətlərin Sığortlanması Fondunun üzvünə çevrilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına "Günay Bank" Açıq tipli Səhmdar Bankı da qoşulub.

Bununla da, Fonda üzv olan bankların sayı 35-ə çatıb. Bu bankların Fonda ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa görə, sığorta hadisəsi baş verdikdə, yəni iştirakçı bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda, yaxud qanunveiciliyə müfafiq olaraq, əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindikdə, Fond əmanətçinin kompensasiya alacağına təminat verir.

Kompensasiya aşağıdakı həcmdə ödənilir:

2007 - ci il avqustun 12 - dən 2008 - ci il yanvarın 1-dək - əmanətin məbləğinin 100 faizi, lakin 4 min manatdan çox olmayaraq;

2008 - ci il yanvarın 1 - dən 2010 - cu il yanvarın 1 - dək - əmanətin məbləğinin 100 faizi, lakin 6 min manatdan çox olmayaraq;

2010-cu il yanvarın 1-dən başlayaraq - əmanətin məbləğinin 100 faizi, lakin 8 min manatdan çox olmayaraq.

Müflis olmuş bankın əmanətçisi bir il müddətində Fonda müvafiq qaydada ərizə ilə müraciət edə bilər. Ərizənin verildiyi tarixdən etibarən, 90 gün müddətində Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir. Bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ, Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişi ilk dəfə dərc etdiyi gündən başlayaraq, beş il müddətində saxlanılır.

Xəbər lenti

Xəbər lenti