...

XDDG rəhbəri: "Bu il Xəzər Dəniz Gəmiçiliyi yeni bərə alacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 17:59 (UTC +04:00)
XDDG rəhbəri:  "Bu il Xəzər Dəniz Gəmiçiliyi yeni bərə alacaq"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Cari ilin sonuna qədər Xəzər Dövlət Dəniz Gəmiçiliyi Xəzərdə vaqonların daşınmasını həyata keçirmək üçün yeni bərə alacaq. Bunu çərşənbə axşamı Gəmiçiliyin rəhbəri Aydın Bəşirov söyləlyib.

O, bərənin qiymətini və kimdən alınacağınıı bildirməyib. Bəşirov söyləyib ki, yeni bərə yalnız vaqonların daşınması üçün nəzərdə tutulacaq. Onun sözlərinə görə, bərənin təyinatı maye qaz , ağ və qara neft məhsullarının daşınması istiqamətində olacaq.

Yeni bərə birdəfəyə 52 vaqon götürə biləcək. XDDG-nin hazırkı bərələri yalnız 28 vaqon götürə bilir. Bu da Xəzərin şərq sahilindən yük göndərənləri qane etmir. Belədə yük göndərmək üçün qatarı iki hissəyə bölmək lazım gəlir ki, bu da iqtisadi cəhətdən məqsədəuyğun deyil. Xorvatiyanın gəmiqayırma müəssisələri ilə, XDDG-nin sifarişi üzrə yeni bərələrin hazırlanması istiqamətində danışıqlar aparılır. Gəmiçiliyin rəhbəri bildirib ki, Xorvatiya Gəmiqayırma Zavodu XDDG üçün 2010-cu ildə bir, 2011-ci ildə üç bərə hazırlamağı təklif edib. Bir bərənin qiyməti 29 min avrodur, lakin "bu qiymət bizi qane etmir",-deyə Bəşirov bildirib.

Xəbər lenti

Xəbər lenti