...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 30-u üçün ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 30-da USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8488 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8490 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 480 080 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8488 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $4 100 000 ABŞ dolları və ya 3 480 080 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 366 666 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi, manat vəsaitləri üzrə, illik 16,19 %, ABŞ dolları üzrə isə illik 15,80% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti