...

Səhiyyə nazirinin müavini: " BIHE 2007 sərgisi Azərbaycanda bütün tibb işçilərinin bayramı kimi qeyd olunur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, Trend ,müxbir S. Babayeva/ "Bu il "Səhiyyə" beynəlxalq sərgisi Azərbaycanda bütün tibb işçilərinin bayramı kimi qeyd olunur", çərşənbə axşamı Bakıda, Heydər Əliyev adına idman-konsert kompleksində keçirilən "Səhiyyə" BIHE 2007 13-cü Azərbaycan beynəlxalq sərgisinin açılışı mərasimində , səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, dövlət səhiyyə sahəsinə böyük diqqət yetirir. Reqionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, 60 tibb müəssisəsi təmir edilib, tikilib və bərpa olunub.

Bu il sərginin ekspozisiyasına ayrılmış sahə keçən ilkinə nisbətən 10 % böyükdür. Sərgi 25 ölkədən 152 şirkət qəbul edib. Onların arasında, Azərbaycan, Türkiyə, ABŞ, Bolqarıstan, Sloveniya, Serbiya, Rusiya və başqaları vardır.

Şirkətlər, farmokoloqiya, tibb avadanlığı, optika və oftalmologiya, təcili tibbi yardım, aptek /tibb müəssisələri üçün avadanlıq və mebel, diaqnostika, gigiyena vasitələri, pəhriz və qida əlavələri, xəstəxanalar, tibbi təhsil, tibbdə məlumat texnoloqiyaları sahələrində məhsul və xidmət təqdim edəcəklər.

BIHE 2007 ilə birgə həm də ikinci Azərbaycan beynəlxalq "Stomatoloqiya" və ilk dəfə olaraq, Cözəllik və Sağlamlıq "Beauty Azerbaijan" sərgisi keçirilir. Sonuncuda plastik cərrahiyyə, gözəllik salonları üçün nəzərdə tutulmuş ləvazimatlar və alətlər, saç, üz və bədənə qulluq vasitələri, dekorativ, müalicə-profilaktik, sağlamlaşdırıcı və fitokosmetika, parfümeriya, kosmetoloji və bərbər xidməti, uşaqlara qulluq vasitələri, davamlı makiyaj və tatuaj üçün avadanlıq və preparatlar, solyari, qaralma vasitələri, talassoterapiya, mezoterapiya, homeopatik və vitamin preparatları, gigiyena vasitələri, aromoterapiya təqdim olunacaq.

Sərgi çərçivəsində, noyabrın 8-ində Assosiasiyanın 10 illiyinə həsr olunmuş "Stomatologiyanın aktual məsələləri" konfransı keçiriləcək. Konfransda Azərbaycan, Rusiya və Türkiyənin aparıcı mütəxəssisləri çıxış edəcəklər.

Sərgi noyabrın 9-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti