...

Azərbaycan və İrlandiya vergi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend A.Bədəlova/ Azərbaycan Vergilər Nazirliyinin məlumatında bildirilir ki, Vergilər Nazirliyinin mərkəzi aparatında İrlandiya Respublikasının Gəlirlər Komissionerləri İdarəsinin əməkdaşları "Vergi borclarının məcburi alınması", "Xüsusi təhqiqatlar", "Online Xidmətlər" və "Vergi amnistiyası" mövzularında təqdimatlar keçirib bu sahədə öz ölkələrinin təcrübələrini bölüşüblər.

Noyabrın 21-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının vergi sisteminin son illər əldə olunan nailiyyətlərilə tanış olacaq, eyni zamanda, əməkdaşlığın sonrakı inkişafına dair məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti