Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0004 bənd möhkəmlənib (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8473 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi noyabrın 26-da (1 ABŞ dolları üçün 0,8475 manat), minimum məzənnə noyabrın 3-də (1 ABŞ dollarına 0,8471 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
19noyabr | 0,8478 | 26noyabr | 0,8475 |
20noyabr | 0,8477 | 27noyabr | 0,8474 |
21noyabr | 0,8477 | 28noyabr | 0,8473 |
22noyabr | 0,8477 | 29noyabr | 0,8472 |
23noyabr | 0,8477 | 30noyabr | 0,8471 |
Həftə ərzində orta | 0,84772 | Həftə ərzində orta | 0,8473 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0016 bənd (0,16 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,8462 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi noyabrın 19-da (1 ABŞ dollarına 0,8479 manat), minimum məzənnə noyabrın 23-də (1 ABŞ dollarına 0,8477 manat) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valyutlaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 26-da - 0,8472 AZN/USD məzənnəsi ilə $0,557 mln. , noyabrın 27-də - 0,8459 AZN/USD məzənnəsi ilə $3,2 mln., noyabrın 28-də - 0,8465 AZN/USD məzənnəsi ilə $2,93 mln., noyabrın 29-da - 0,8458 AZN/USD məzənnəsi ilə $4,6 mln., noyabrın 30-da - 0,8456 AZN/USD məzənnəsi ilə $5,425 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
19noyabr | 0,8478 | 26noyabr | 0,8475 |
20noyabr | 0,8477 | 27noyabr | 0,8474 |
21noyabr | 0,8477 | 28noyabr | 0,8473 |
22noyabr | 0,8477 | 29noyabr | 0,8472 |
23noyabr | 0,8477 | 30noyabr | 0,8471 |
Həftə ərzində orta | 0,84772 | Həftə ərzində orta | 0,8473 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
19noyabr | 0,8479 | 26noyabr | 0,8472 |
20noyabr | 0,8478 | 27noyabr | 0,8459 |
21noyabr | 0,8478 | 28noyabr | 0,8465 |
22noyabr | 0,8478 | 29noyabr | 0,8458 |
23noyabr | 0,8477 | 30noyabr | 0,8456 |
Həftə ərzində orta | 0,8478 | Həftə ərzində orta | 0,8462 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti 16 manat səviyyəsində qalıb.
Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2010-ci ildə bitir.