...

2008-ci ildə Azərbaycanda ipoteka kreditləri üzrə faiz tarifləri artacaq -ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 15:09 (UTC +04:00)
2008-ci ildə Azərbaycanda ipoteka kreditləri üzrə faiz tarifləri artacaq -ekspert

Azərbaycan, Bakı/ Trend / 2008-ci ildə Azərbaycanın ipoteka bazarı öz fəaliyyətini bərpa edəcək. Bununlə əlaqədar olaraq, dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna (AİF) 35 mln. manat ayrılması planlaşdırılır. Bu göstərici 2007-ci il göstəricisindən 70 faiz çoxdur. Lakin dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsinə ayrılan vəsaitlər əhalinin müəyyən sosial təbəqələri üçün nəzərdə tutulub. Bu təbəqələr əlillər, gənc ailələr və başqalarıdır. Kommersiya bankları isə öz ipoteka proqramlarını həyata keçirirlər. Sosial ipoteka üzrə ayrılan və kommersiya banklarının ipoteka kreditləri arasındakı əsas fərq faiz tariflərindədir. Belə ki, sosial ipoteka kreditlərində faiz tarifi illik 4, kommersiya banklarında isə illik 8 faiz təşkil edir. İpoteka kreditlərinin faiz tarifləri 2008-ci ildə artacaq. Faiz tariflərinin artırılmasında əsas meyar inflyasiyanın səviyyəsidir. İnflyasiya ilə əlaqədar olaraq tikinti materiallarının qiyməti artmaqda davam edir. Qiymət artımı əsasən mərmər (8.3%), ağac (6.8%) və qranit (4.1%) materiallarında müşahidə olunub. Kommersiya ipotekalarının faiz tariflərinin qiymətli dövlət kağızlarından gələn gəlirlərinə çatdırılacağı istisna deyil. Güzəştli kateqoriyaya düşən vətəndaşlar bazar şərtlərindən fərqli olaraq, sərfəli şərtlərlə ipoteka kreditləri ala biləcəklər. Faiz tariflərinin artması ilə fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb edilməsinə ümid edə bilər. Xidmət keyfiyyəti yaxşılaşdırılmalıdır, çünki 2007-ci ildə olan ərizə axını daha olmayacaq. ABŞ-dakı ipoteka böhranı təkcə Amerika banklarının fəaliyyətinə təsir etməyib. Bu səbəbdən banklar ipoteka kreditləri kimi uzunmüddətli kreditləşməyə ehtiyatla gedəcəklər. Bundan əlavə, vasitələr bahalaşıb. Bütün bunlara baxmayaraq, yaşayış mənzillərinə böyük ehtiyac olduğu üçün ipoteka kreditləri bazarı Azərbaycanda çox cəlbedicidir. Daşınmaz əmlakın qiymətinin artması ipotekanın ölkədə sonrakı inkişafı ilə də əlaqədardır. Respublikada ümumi olaraq 65 mln. manatı dövlət hesabına maliyyələşdirilən 260 mln. manatlıq ipoteka kreditləri ayrılıb.

(Leyla Abdullayeva Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti