Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Rusiyalı analitiklər hesab edirlər ki, Dmitri Medvedyevin Rusiya prezidenti vəzifəsinə seçilməsi ölkə iqtisadiyyatı üçün müsbət nəticə verəcək. Çərşənbə axşamı Trend ın sorğu etdiyi analitiklərin rəyinə görə, Medvedyev ona qədər başlanılan krusu davam etdirəcək. Rusiya Federasiyası hökumətinin baş nazirinin müavini Medvedyev ölkə prezidentliyinə namizəd kimi irəli sürülüb. Dörd siyasi partiya- "Vahid Rusiya", "Ədalətli Rusiya", "Aqrar partiya" və "Vətəndaş gücü" -- prezident vəzifəsinə Medvedyevin namizədliyini irəli sürüb. ATON Broker investisiya şirkətinin analitik departamentinin rəhbəri Vladimir Osakovski Medvedyevin prezident vəzifəsinə gəlməsini müsbət qiymətləndirir. Onun rəyinə görə, Medvedyevin vəzifəyə gəlişindən sonra, Vladimir Putinin dövründə başlanılan islahatlar başa çatdırılacaq. Osakovskinin sözlərinə görə, əsas dəyişikliklər energetika, bank sektorunda baş verəcək. Qaz sektoruna xüsusi diqqət ayrılacaq. "Tarixən Medvedyev "Qazprom" un liberallaşması ilə məşğul olub. Onun "Qazprom" un zənginləşdirilməsində rolu kifayət qədər əhəmiyyətlidir" - analitik bildirib. 2000-ci ilin iyununda Medvedyev "Qazprom" ASC-nin Direktorlar Şurasının sədri olub. 2001-ci ilin aprelindən Şirkətin səhm bazarının liberallaşdırılması üzrə işçi qrupuna rəhbərlik edib. Renaissance Capital-ın analitiki Yekaterina Malofeyevanın rəyinə görə, iqtisadi siyəsət nöqteyi-nəzərindən, indiyədək müşahidə olunan istiqamətin davam etdirilməsi gözlənilir. " Lakin Putinlə müqayisədə, Medvedyev əsas gücü sosial investisiyalar, səhiyyənin dəstəklənməsinə verəcək. Medvedyev neft-qaz sektorunda təcrübəli şəxs olduğundan, bu sahədə yeni nizamlama gözləmək olar"- analitik bildirib. Alfa Bank-ın baş iqtisadçısı Natalya Orlovanın sözlərinə görə, Medvedyev siyasi məsələlərdən çox ,iqtisadi siyasətə meyllidir. " Bu insan Rusiyada struktur dəyişiklikərinə başlamağa hazırdır və iqtisadiyyata daha çox fikir verəcək"-o deyib. Orlovanın rəyinə görə, bazar üçün Dmitriy Medvedyevin namizədliyinin irəli sürülməsi xəbəri müsbətdir. Antanta Kapital İnvestisiya Şirkətinin analitiki Maskim Osadçiyevin rəyinə görə, Rusiya prezidenti vəzifəsinə Medvedyevin mümkün seçilməsi ilə ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişiklik baş verməyəcək. " Medvedyevin namizədliyi əvvəlki istiqamətin keçici olacağına təminat verir"-o deyib.