...

Azərbaycan əhalisinin sayı 8,6 mln. nəfəri keçib – Dövlət Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 14:22 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı 8,6 mln. nəfəri keçib – Dövlət Komitəsinin rəhbəri

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycan əhalisinin ümumi sayı dekabrın 1-i üçün 8 mln. 621 min nəfər təşkil edib. Bu, 2006-cı ilin analoji dövr göstəricisindən 1,1 faiz çoxdur. Bu barədə cümə günü mətbuat konfransında Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məluma verib.

Ölkədə yanvar-noyabr aylarında 138,2 min nəfər doğulub, 48,8 min nəfər isə ölüb. On bir ay ərzində əhalinin artımı 89,4 min nəfər təşkil edib.

On bir ay ərzində Azərbaycanda 72,6 min nigah və 7,7 min boşanma qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə ailə quranların sayı artıb, boşananların sayı isə demək olar ki, dəyişməz qalıb.

Xəbər lenti

Xəbər lenti