...

Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 2008-ci ildə 18 faiz artacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2008 14:46 (UTC +04:00)
Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 2008-ci ildə 18 faiz artacaq - ekspert

Azərbaycan, Bakı, 14 yanvar / " , müxbir U.İsmayılova/ Azərbaycanın daşınmaz əmlak bazırında qiymətlər 2008-ci ildə 16-18 faiz artacaq. Bu barədə bazar ertəsi "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov məlumat verib.

İbrahimovun fikrincə, ilkin bazarda qiymətlər 22-23, təkrar bazarda13-14, torpaq bazarında 21-22, ticarət obyektləri bazarında isə 22-24 faiz artacaq.

İbrahimov bildirib ki, qiymət artımı əsasən iki səbəbdən - inflyasiyanın gözlənilən səviyyəsi və xarici amillərin dünya bazarındakı qiymətlərə təsiri səbəbindən baş verəcək.

Xəbər lenti

Xəbər lenti