Azərbaycan, Bakı, 19 yanvar/ Trend / 2007-ci ildə Azərbaycana rekord sayda avtomobil ixdal olunub. Ötən il respublikaya rekord sayda - 83,3 min avtomobil gətirilib ki, bu da sutkada orta hesabla 228 avtombil deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2003-cü ildə respublikaya 40,9 min, 2004-cü ildə 43 min, 2005-ci ildə 58,3 min, 2006-cı ildə isə 77,9 min avtomobil gətirilib.
Dövlət Komitəsi son beş il ərzində Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayının 1,5 dəfə artdığını və 2007-ci ilin yekunlarına görə 90 avtomobil təşkil etdiyini qeyd edib. Avtomobillərin beşdə dördü yüngül, 14,3%-i yük, 3,6%-i avtobuslar, qalanları isə xüsusi təyinatlı avtomobillərdir.
2007-ci il ərzində Bakıda altı körpü və altı sərnişin keçidi tikilib.
Azərbaycanın Nəqliyyat Nazirliyinin nümayəndələri qarşıdakı üç il ərzində Azərbaycana təxminən 400 min avtomobil gətiriləcəyini qeyd ediblər. Yeni maşınların əhəmiyyətli hissəsi Bakıda istismar ediləcək ki, bu da şəhərin nəqliyyat infrastrukturunda əlavə problemlər yaradacaq.
Nazirlik bu problemlərin həlli üçün paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işləri davam etdirmək niyyətindədir. 2008-2011-ci illər ərzində Bakıda 11 yeni avtomobil körpüsü, 13 keçid və 11 yeratlı dayancacaq tikiləcək. Həmçinin Bakıda dairəvi avtomobil yollarının tikintisi (cəmi üç dairəvi yol tikiləcək) üzrə işlər davam etdirilir. Nazirliyin planında Bakı buxtası üzərindən onun kənarlarını birləşdirəcək avtomobil körpüsünün tikintisi də var.