Qazıxıstan, Astana, 21 yanvar / Trend , müxbir K.Konırova / Bazar ertəsi Astanada "NMSK "Kazmortransflot" SC-nin Baş direktoru Marat Ormanov Trend ın xüsusi müxbirinə bildirib ki, hazırda Xəzər dənizində neftin dəniz daşınması bazarında rəqabət kəskinləşir.
"Quru yükün daşınması xarici şirkətlərin əlindədir. Bununla yanaşı, xarici gəmiçilik şirkətləri Xəzərin şelfində dəniz əməliyyatlarını dəstəkləyən donanmanın xidmət bazarında miqyaslarını artırırlar", - Ormanov deyib.
O qeyd edib ki, dövlət dəstəyi əsasında? Azərbaycan, Rusiya və İran şəxsi donanmalarını yetişdirirlər. Bu dəstək gömrük imtiyazlarının verilməsində və öz limanlarında ticarət rüsumlarının ödənilməsində güzəştlərin tətbiq edilməsi ilə izah edilir.
"Hesab edirik ki, bu dəstək Qazaxıstanda da baş verməlidir. Bu, Milli ticarət donanmasının rəqabət iqtidarını artıracaq". - Ormanov bildirib.
Onun fikrincə, təbii inhisarçılığı nizamlayan Agentlik Aktau limanında "Kazmortransflot" gəmiləri üçün liman rüsumunun ödənilməsində başadüşülən əmsal təklif edilməsi üçün tədbirlər görməlidir.
2007-ci ildə "Kazmortransflot" Bakı, Mahaçkala və Neka limanları istiqamətində 4,2 mln. ton neft göndərib. Ümumi yükün 43 faizini şəxsi tankerlərində daşıyıb.
Daş süxuru daşınmasının həcmi 1,9 mln. ton olub. Bu göstərici 2006-cı ilə nisbətən 170 faiz artıq olub. Şirkətin şəxsi gəmiləri ilə daşımaların ümumi həcmi 58 faiz olub.
Əsas fəaliyyətdən gəlir 10 mlrd təngədən çox olub. Dövlət büdcəsinə 750 mln. təngə ödənilib.