Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın Beynəlxalq Bankı (ABB) 2007-ci ildə bütün elektron bankinqlər vasitəsilə 4,88 mln. manat dəyərində 243,8 min əməliyyat aparıb,-- çərşənbə günü ABB-nin mətbuat xidmətindən bildirilib.
Ötən ilin birinci rübü ilə müqayisədə, IV rübdə əməliyyatların sayı 63 faiz artıb.
Ümumi həcmdən 2,36 mln. manat "KartTransfer" xidmətinin (bir plastik kartdan digərinə ötürmələr) payına düşür
2008-ci ildə Bank, elektron bankinq əməlliyatları spektrini genişləndirmək niyyətindədir. ABB bankomatların funksiyalarının və informasiya köşklərinin, o cümlədən "İnternet Bankinq" və bu yaxınlada tətbiq olunan "MobilBank" sistemlərinin genişlənməsinə xüsusi diqqət yetirməyi planlaşdırır.
"ABB son illər elektron bankinqə xüsusi diqqət yetirir, mövcud olanları daim təkmilləşdirir və yeni xidmətlər tətbiq edir;hazırda müştərilər, bankomatdan, informasiya köşkündən, şəxsi kompüterindən və hətta mobil telefonundan istifadə edərək, hesab balansını yoxlamaq, çıxarışlar almaq, vəsaiti köçürmək, konvertasiya etmək, elektrik enerjisinin hesabını, stasionar provayderlərin və mobil telefon rabitəsi xidmətinə görə ödənişlər edə bilərlər
Bundan əlavə, ABB korporativ müştərilərinə İnternet Bankinqin köməyi ilə hesablarını məsafədən və təhlükəsiz idarə etmək imkanı yaradır.