...

"Bank Respublika" 2008-ci ilin yanvar ayının nəticələrinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / " , müxbir U.İsmayılova/ "Bank Respublika"nın aktivləri bu ilin əvvəlindən etibarən 2,1% artaraq 1 fevral 2008-ci il tarixinə 258,5 mln. manat olub. Bankın kredit portfelinin həcmi isə bu ilin 1 ayı ərzində 5,8% artaraq 168,5 mln. manata çatıb. Bu barədə bankın məlumatında bildirilib.

Müştərilərin depozitləri də hesabat dövründə 1,9% artaraq 113,6 mln. manatı keçib. Əhali əmanətlərinin həcmi isə 2,9% artaraq bu ilin 1 fevral tarixinə 53,9 mln. manat olub.

"Bank Respublika"nın qeyd edilən dövr ərzində məcmu kapitalı da 44,4% artaraq 34,2 mln. manata çatıb. 1 fevral 2008-ci il tarixinə Bankın nizamnamə kapitalı 12,58 mln. manatdır.

"Bank Respublika"nın bu ilin yanvar ayı ərzində gəlirləri 3,8 mln. manat, xərcləri isə 3,13 mln. manat təşkil edib. Bu dövr ərzində Bankın balans mənfəəti 0,67 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti