...

Azərbaycanda məcburi tibbi sığortanın tətbiqi səhiyyədəki neqativ faktların aradan qalxmasına səbəb olacaq - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ " müxbir Ü.İsmayılova/ Azərbaycanda işə götürən sahibkarlar işçini məcburi tibbi sığorta ilə təmin etmək üçün məcburi tibbi sığorta üzrə Agentliyə hər işçinin əmək haqqından 3 və ya 4 faiz ödəyəcəklər. Bu barədə bazar ertəsi sosial məsələlər üzrə parlament komissiyasının rəhbəri Hadı Rəcəbli məlumat verib.

2007-ci ilin dekabrında ölkədə məcburi tibbi sığortanın tətbiqi üçün Azərbaycanın Nazirlər Kabineti nəzdində məcburi tibbi sığorta üzrə Agentlik yaradılıb. İşə götürənlərdən alınan bütün vəsaitlər gələcək paylaşdırma üçün agentlikdə toplanılacaq.

2008-ci il üçün dövlət büdcəsindən sistemin tətbiqi üçün 4 mln. manat ayrılıb. Sınaq regionu kimi respublikanın Siyəzən rayonu seçilib.

Rəcəblinin sözlərinə görə, Siyəzənin sınaq rayonu kimi seçilməsinə baxmayaraq, perspektivdə layihənin Şəki və İsmayıllı rayonlarında reallaşdırılması gözlənilir.

Azərbaycanda məcburi tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni sistemidir. Rəcəbli məcburi tibbi sığortanın maliyyələşdirilməsi və neqativ faktların aradan qaldırılması baxımından səhiyyənin bir çox problemlərini həll edəcəyini bildirib.

Yeni tibbi xidmətlər sisteminin tətbiqi ilə tibbi sığorta üzrə xüsusi kartlar veriləcək. Göstərilmiş xidmətin dəyəri bu kartdan çıxılacaq.

"Düşünürəm ki, məcburi tibbi sığorta 2009-cı ildən ölkənin bütün ərazisində fəaliyyət göstərməyə başlayacaq", - Rəcəbli bildirib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti