...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2008 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0006 bənd möhkəmlənib (0,06 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84356 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 25-də 1 ABŞ dolları üçün 0,8439 manat, minimum isə, fevralın 29-da 1 ABŞ dollarına 0,8433 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
18fevral 0,8441 25fevral 0,8439
19fevral 0,8441 26fevral 0,8437
20fevral 0,8440 27fevral 0,8435
21fevral 0,8440 28fevral 0,8434
22fevral 0,8439 29fevral 0,8433
Həftə ərzində orta 0,84402 Həftə ərzində orta 0,84356

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84328 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi fevralın 25 -də (1 ABŞ dollarına 0,8437 manat), minimum isə fevralın 29-da 1 ABŞ dollarına 0,8430 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 25 fevralda - 0,8437 AZN/USD məzənnəsi ilə $1,024 mln., 26 fevralda - 0,8434 AZN/USD məzənnəsi ilə $15,952 mln., 27 fevralda - 0,8432AZN/USD məzənnəsi ilə $1,681 mln.,28 fevralda - 0,8431 AZN/USD məzənnəsi ilə $4,326 mln. və

29 fevralda -0,8430 AZN/USD məzənnəsi ilə $1,185 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
18fevral 0,8441 25fevral 0,8439
19fevral 0,8441 26fevral 0,8437
20fevral 0,8440 27fevral 0,8435
21fevral 0,8440 28fevral 0,8434
22fevral 0,8439 29fevral 0,8433
Həftə ərzində orta 0,84402 Həftə ərzində orta 0,84356
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
18fevral 0,8441 25fevral 0,8437
19fevral 0,8441 26fevral 0,8434
20fevral 0,8438 27fevral 0,8432
21fevral 0,8440 28fevral 0,8431
22fevral 0,8439 29fevral 0,8430
Həftə ərzində orta 0,84398 Həftə ərzində orta 0,84328

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinin qiyməti sabit olub və bir manat artaraq, keçən həftənin 17 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti