...

Bakıda mağazaların üçdə biri kərə yağı adı altında marqarin satır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 17:14 (UTC +04:00)
Bakıda mağazaların üçdə biri kərə yağı adı altında marqarin satır

Azərbaycan, Bakı, 07 mart / " müxbir U.İsmayılova/ Bakıda mağazaların təxminən 30 faizi kərə yağı adı altında marqarin satır. Bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov bildirib.

"Tərəfimizdən aparılan monitorinqlər göstərdi ki, kərə yağı kimi satılan, əslində, marqarin yağıdır və yalnız qida hazırlanması üçün yararlıdır" - deyə Məmmədov bildirib.

Marqarinin kərə yağı kimi satılması barədə fakt Dövlət Xidməti əməkdaşlarının,hazırda Bakıda Rusiya kərə yağının qiymətinin 6 manata olmasına baxmayaraq, bəzi hallarda 1, 9 manata satılması hallarını sezməsindən sonra aşkar olunub.

Məmmədovun sözlərinə görə, Dövlət Xidməti bu mağazaların rəhbərlərinə istehlakçını aldatmamağı və bu cür aşağı qiymətə satılan malların haqiqi adını göstərməyi tövsiyə edib.

Nazirlik yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti 2006-cı ilin dekabrında ləğv edilmiş Ekspertiza Mərkəzinin bazasında yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti