...

Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq yoxdur – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 14:33 (UTC +04:00)
Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq yoxdur – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 01 aprel / " , müxbir U.İsmayılova/ İlin sonuna qədər Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər daha 15-20 faiz artacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

"Qiymət artımı obyekt tikintisinin maya dəyərinin qalxması ilə əlaqədardır" - deyə Qaraşov vurğulayıb. Tikinti sektorunda maya dəyərinin artması sement və armatur, həmçinin fasadların abadlaşdırılması üçün materiallar daxil olmaqla böyük hissəsi idxal olunan tikinti materiallarının qiymətinin artmasından asılıdır.

Bazarın fəallığı bardə danışan Qaraşov bildirib ki, son zamanlar bazarda stabillik müşahidə olunur, lakin "vəziyyəti durğunluq kimi adlandırmaq olmaz".

Demək olar ki, Bakının hər bir hissəsində yaşayış binaları tikilir. Azərbaycanda əhalinin sayının o qədər də böyük olmadığını nəzərə alsaq, bütün bu evlər dərhal satıla bilməz. "Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda ən çox ehtiyacı olanlar da artıq daşınmaz əmlak əldə ediblər və bu da bazarın stabilliyinə səbəb olan amillərdən biridir" - deyə Qaraşov bildirib.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatına görə, fevral ayında Bakıda mənzillərin orta qiyməti 130 min dolları ötüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti