...

Azərbaycan Bolqarıstanı qeyri-neft sektorunda əməkdaşlıq etməyə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Bolqarıstanı qeyri-neft sektorunda əməkdaşlıq etməyə dəvət edir. Bu çağırışla Azərbaycanın xarici işlər nazri Elmar Məmmədyarov cümə axşamı Bolqarıstana başlayan rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Georgi Pırvanovla görüşü zamanı çıxış edib. Azərbaycan XİN-in məlumatında bildirilir ki, nazir kənd təsərrüfatı, nəqliyyat, turizm kimi sahələrin əməkdaşlıq üçün perspektivli olduğunu bildirib.

Nazirin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının Plovdiv şəhərində sentyabr ayı üçün nəzərdə tutulan növbəti iclası iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaradacaq.

Məmmədyarov yaranan qarşılıqlı münasibətlərin səviyyəsini yüksək qiymətləndirib və iki ölkə arasında ticarət dövriyyəsi həcminin artmasının mühümlüyünü qeyd edib.

Nazirin rəyinə görə, ikitərfli siyasi və strateji tərəfdaşlığın yüksək səviyyəsi Bakı və Sofiya arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərmək iqtidarındadır.

Azərbaycanın XİN başçısı Avropa və Avroatlantik strukturlarla əməkdaşlıq nöqteyi nəzərindən Bolqarıstanın rolunun əhəmiyyətli olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti