...

Azərbaycanın sığorta şirkəti sığorta yığımlarını 10 dəfə artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / " müxbir U.İsmayılova/ Azərbaycanın yeni "Qarant Sigorta" şrkəti ilin sonuna qədər sığorta yığımlarını 5 mln. manata qədər çatdırmaq niyyətindədir. Bu barədə bazar ertəsi şirkətin idarə heyətinin sədri Vaqif Həsənov bildirib.

"Şirkətin yığımları ən çox gəlir gətirən sığırta növləti - avtosığorta, əmlak sığortası və tikinti-montaj risklərinin sığoratsı hesabına artırılacaq", - deyə Həsənov bildirib.

Həsənov bildirib ki, ötən ilin noyabr və 2008-ci lin mart ayları ərzində şirkətin sığorta haqları 0,5 mln. manat, sığorta ödəmələri isə 500 manat təşkil edib. Cari ilin birinci rübündə "Qarant Sigorta" 30 min manat həcmində vergi ödəyib.

Həsənov bildirib ki, şirkət ilin sonuna qədər nizamnamə kapitalını iki dəfə artırmaq və 2 mln. manata qədər çatdırmaq niyyətindədir.

İdarə heyəti sədrinin sözlərinə görə, şirkət ilin sonuna qədər formasını tam olaraq Səhmdar Cəmiyyətə dəyişəcək və şirkət təsisçilərinin razı olacağı təqdirdə yeni səhmdarların cəlb edilməsi də istisna edilmir.

"Qarant Sigorta" şirkəti Azərbaycanın sığorta bazarında 2007-ci ilin noyabrından fəaliyyət göstərir. Şirkət sığortanın 18 könüllü və dörd icbari növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Şirkətin təsisçisi "ZQAN" Holdinqdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti