...

Azərbaycanın iri özəl bankının balans kapitalı $100 mln.-dan çoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ " Azərbaycanın iri özəl bankı - Bank Standard-ın balans kapitalı son il ərzində təqribən üç dəfə artıb ($67.3 mln.) və aprelin 29-a olan məlumatlara görə $103.8 mln. təşkil edib. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Beləliklə, ölkənin maliyyə bazarının tarixində ilk dəfə olaraq özəl kommersiya bankının balans kapitalı $100 mln.-u ötüb.

"Bank Standard" böyüklüyünə görə ölkənin ikinci (Beynəlxalq Bankdan sonra), özəl banklar arasında isə ən böyük bankıdır. Martın 31-ə olan vəziyyətə görə, aktivlərinin ümumi həcmi 649.0 manat (($780,1 mln.) təşkil edib.

Bank, eyni zamanda, cəlb olunmuş vəsaitlərin, kredit portfelinin və xalis mənfəətin, həmçinin, məcmu kapitalın həcminə görə özəl banklar arasında liderdir.

Xəbər lenti

Xəbər lenti