Azərbaycan, Bakı, 15 aprel / Trend / Bank Respublika-nın aktivləri bu ilin əvvəlindən etibarən 8,7% artaraq 1 may 2008-ci il tarixinə 275,2 mln. manat təşkil edib. Bankın kredit portfelinin həcmi isə bu ilin yanvar-aprel ayları ərzində 25,9% artaraq 200,6 mln. manata çatıb.
Hesabat dövründə müştərilərin depozitləri 8,4% artaraq 120,9 mln. manatı keçib. Əhalinin əmanətlərinin həcmi isə 15,1% artaraq bu ilin 1 may tarixinə 60,3 mln. manat olub.
Bank Respublika-nın 2008-ci ilin yanvar-aprel ayları ərzində məcmu kapitalı 44,4% artaraq 34,13 mln. manata çatıb. Bu ilin mayın 1-ə bankın nizamnamə kapitalı 12,6 mln. manat təşkil edib.
Bu ilin yanvar-aprel ayları ərzində Bank Respublika-nın gəlirləri 16,2 mln. manat, xərcləri isə 12,65 mln. manat təşkil edib. Bu dövr ərzində bankın balans mənfəəti 3,55 mln. manat olub.