Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.İsmayılov/ İyunun 15-dən etibarən, yeni Bakı-Bodrum birbaşa reys açılır. Bu haqda AZAL Dövlət Konsernindən (Azərbaycan mülki aviasiya idarəsi) məlumat verilib.
Bu marşrut üzrə uşuşlar "TU-154" təyyarələri ilə hər cümə axşamı və bazar günləri Bakı vaxtı ilə saat 12:00-da həyata keçiriləcək. Biletlərin qiyməti hər iki istiqamətdə 414 manat, bir istiqamətdə isə, 309 manat təşkil edir.
Biletlər "Imair" aviaşirkətinin ofisində satılacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]