...

Özbəkistan: plastik kartlarla bağlı ideyaların təhrifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2008 13:08 (UTC +04:00)
Özbəkistan: plastik kartlarla bağlı ideyaların təhrifi

Özbəkistan, Daşkənd, 24 may / Trend , müxbir E.Xocayev/ Daşkənddə "BankExpo 2008" sərgisi çərçivəsində, Özbəkistan Rəssamlar Akademiyasının sərgi- kompleksində üç gün ərzində bank texnologiyaları və avadanlıqları nümayiş olunub. İlk dəfə təşkil olunan sərginin təşkilatçıları Respublikanın Mərkəzi Bankı və Banklar Assosiasiyasıdır. Sərginin əsas vəzifəsi buraya gələnləri yeni elektron bankinq, pul köçürmə sistemiləri, müasir avadanlıqlar, informasiya texnologiyaları və s. ilə tanış etməkdən ibarətdir. Belə ki, son illər kommersiya bankları tərəfindən bazarın faiz dərəcələri üzrə 200-dən çox cəlbedici depozitlər tətbiq edilib, plastik kartlar üzrə hesablama sistemləri inkişaf etdirilir.

Nazirlər Kabineti "Plastik kartlar əsasında hesablama sisteminin gələcək inkişafı üzrə tədbirlər haqında" qərar qəbul edib. Qərara əsasən, Özbəkistan Banklar Assosiasiyasının nəzdində Vahid ümumrespublika prosesinq mərkəzi yaradılacaq.

Hazırda ölkədə 29 bank fəaliyyət göstərir və onların əksəriyyətində plastik kart sistemi tətbiq edilib. "ASAKA" bank bu sistemi ilk dəfə olaraq tətbiq edib. Adının gizli saxlanılmasını istəyən mənbə bildirib ki, onların bütün əməkdaşları məcburi qaydada yerindəcə plastik kart sahiblərinə çevrildilər. Axı müştərilərin sayının artdığını, arzulayanların bank işində "texnologiya inqilabı"na qoşulduğunu göstərmək lazım idi. Kimdən başlamaq lazımdır, əlbəttə ki, öz əməkdaşlarımızdan. Kim ki, bunu istəmirdi, onu işdən qovulma təhlükəsi gözləyirdi.

Yəqin ki, bu mütərəqqi bir işdir. Təsadüfü deyil ki, 200-dən çox ölkənin ödəmə dövriyyəsində plastik kartlardan istifadə olunur. Məhz onlar bir sıra hallarda elektron bank və digər sistemlərin əsas elementi kimi çıxış edir. Onlar tədricən çek və çek kitabçalarını sıradan çıxararaq Qərb ölkələrində sənaye inkişafı üzrə pul dövriyyəsinin təşkil olunmasında qabaqcıl mövqeyə çıxdı.

Lakin Özbəkistanda əyrilik baş verdi. Bunun əsas səbəbi bankomatların çox vaxt boş olmasından ibartdir və deməli plastik kart sahibi hesabından ona lazım olan məbləği çıxarda bilmir. Bilikli adamlar yaranan vəziyyəti onunla izah edirlər ki, Mərkəzi Bank yazılı formada kommersiya banklarını müştərilərlə hesablamaların ilk olaraq onların sorğusu ilə həyata keçirməyə məcbur edir. Telefon vasitəsilə zəng edərək bankomatların pul ilə doldurulması qəti şəkildə qadağandır.

Belə ki, hələ 2005-ci ildə ölkə prezidenti "Banklarda depozit hesabları ilə nəğd ödmələrin fasiləiz təmin edilməsinə zəmanət verilməsi barədə" qərar imzalayıb.

Orada xüsusi olaraq qeyd olunub: "Kommersiya bankları və onların filialları əhalinin və təsərrüfat subyektlərinin vəsaitlərini depozitlərə cəlb edərək, onları dövriyyəyə buraxmaq və bunun hesabına bank gəlirləri əldə edərək, əmanətçilər hesabına faktiki olaraq oz rifahını təmin etdiyi təqdirdə onlar qarşısında birbaşa ödəliklərini dəqiq yerinə yetirmirsə, qanuni sorğulara, ehtiyaclara, əmanətçilərin tələbatlarına etinasız yanaşırsa, bundan əlavə onların tələblərini təmin edən zaman öz mövqeyindən süi-istifadə edərək onların maraqlarını nəzərə almaması tamamilə yolverilməz faktlar hesab olunur".

Plastik kartların sahibləri məcburi qaydada dövlət təşkilatları, tədris müəssisələri və idarələrinin əməkdaşlarına çevrilirlər. Bu kollektivlərdə artıq bakomatların boş və ya umumiyyətlə işləməməsinə öyrəşən insanlar müəyyən bir gün bütün kartları toplayaraq onları işçilərdən birinə verərək onu banka göndərirlər. O orada bank rəhbərliyi ilə razılaşmadan sonra adi kassadan lazımi məbləği alaraq qayıdır və pulları siyahı üzrə əməkdaşlar arasında bölüşdürür. Daha doğrusu o, kassir funksiyasını yerinə yetirir. Adətən bu prosedura bir iş günündən çox vaxt sərf olunur.

Nəğd pulun alınması ilə bağlı narahatçılıqdan başqa kart sahibləri qida məhsulları və digər malları alan zaman çox şey itirirlər. Axı plastik kartlar üzrə hesablamalar zamanı istifadə olunan avadanlıq bütün ticarət nöqtələrində mövcud deyil. Onların mövcud olduğu iri supermarketlərdə də bazara nisbətdə qiymətlər yüksəkdir. Bəli, belə ki, ölkədə təsbit edilmiş şeylərə toxuna bilməzsən. Odur ki, bu narahatçılıqlar insanlarda hiddət yaradır. Özbəkistanda plastik kartlarla bağlı ideyaların təhrifi müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti