...

Azərbaycanın iki tikinti şirkəti bu gün Tbilisidə açılan "GEORGIABUILD 2008" sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2008 14:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend N.Kirtsxalia/ Azərbaycanın iki tikinti şirkəti bu gün Tbilisidə açılan "GEORGIABUILD 2008" sərgisində iştirak edir. Sərgi Tbilisinin "Ekspo Corciya" sərgi mərkəzində keçirilir.

Sərgi təşkilatçılarının bildirdiyinə görə, bu il sərgi universal təşkil olunub və burada alıcılar tikinti biznesi sahəsində onları maraqlandıran hər şeylə tarış ola biləcəklər. Bu, tikinti və üzlük materialları, tikinti texnikası və alətləri, boyalar, yumşaq döşəmə, mebel, tavan örtükləri, qapı, pəncərə və s.-dən ibarətdir.

Sərgidə ümumilikdə 10 ölkədən 30 şirkət iştirak edir. Onların arasında iki Azərbaycan şirkəti "ARAZPLAST", "AZBENTONIT" də var.

Sərgidə həmçinin BAUPLAST=KOMPEN (Türkiyə), BETEK (Türkiyə), CELIK MAKINAm (Türkiyə), COSMOPLAST (BƏƏ), ELBOR (Rusiya), EMBAWOOD GEORGIA (Gürcüstan), G8G8MC (Gürcüstan), GRC (Gürcüstan), KNAUF (Gürcüstan), KRONOPOL (Polşa), KLINGSPOR (Polşa), METROPOLIS (Qazaxıstan), RENNER (Almaniya), TRADEIT (İtaliya) və digər şirkətlər iştirak edir.

Beşinci ənənəvi sərginin təşkilatçıları "ITE Group Pic" və "Iteca Caspian LLC8" şirkətləridir. .

Xəbər lenti

Xəbər lenti