...

Beynəlxalq maliyyə sistemi multivalyutalı olmalıdır – Rusiya Prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend Cap / Beynəlxalq maliyyə bazarı zəif Amerika dolları problemini aradan qaldırmaq üçün multivalyutalı sistemə keçməlidir, bu barədə Rusiya Prezidenti Dmitri Medvedyev Reuters-ə müsahibəsində bildirib.Medvedyevin müsahibəsinin tam mətni "RİA Novosti" agentliyinin saytında yerləşdirilib.

"Dollar, həqiqətən, beynəlxalq problemə çevrilib. Ümumi beynəlxalq maliyyə sisteminin vəziyyəti, təəssüf ki, dollar zonasında işlərin vəziyyətindən asılıdır", - Medvedyev bildirib.

Onun sözlərinə görə, amerikalı tərəfdaşlar yalnız onlar üçün qarşıdakı illərdə dollara münasibətdə hansı siyasətin məqbul olacağını deyil, bu siyasətin beynəlxalq maliyyə sisteminə təsirini də nəzərə almalıdırlar.

"Hazırda beynəlxalq maliyyə sistemi dollardan kifayət dərəcədə asılıdır. Bundan başqa, avro da var və regional ehtiyat valyutaların yaradılması haqda bir çox fikirlər də mövcuddur", - deyə prezident bildirib.

Medvedyev rublun ehtiyat valyuta kimi istifadə edilməsi mümkünlüyünü qeyd edib

O, dünya iqtisadiyyatı problemlərinin həllindən danışaraq, bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, "böyük səkkizliyin" Hokkaydo şəhərində keçiriləcək sammitində əsas müzakirə məsələsi beynəlxalq maliyyə və ərzaq böhranı olacaq.

"Böyük səkkizliyin" sammiti Yaponiyada iyulun 7- dən 9 - dək keçiriləcək.

"Mən hesab edirəm ki, biz "böyük səkkizliyin" digər iştirakçıları ilə birlikdə, hər şeydən əvvəl, dünyada iqtisadi və maliyyə tarazlığı saxlamaq üçün bir neçə yeni iqtisadi mexanizmi müzakirə edə, yeni beynəlxalq maliyyə sisteminin əsasını qoya və zəif işləyən köhnəlmiş beynəlxalq mexanizmləri ləğv edə, gələcək illər üçün ərzaq təhlükəsizliyinə təminata zəmanət barədə fikirləşə bilərik",- deyə Medvedyev bildirib.

Rusiya Federasiyasının prezidenti ərzaq balansının təmin edilməsi üzrə beynəlxalq Konvensiyaların imzalanmasını da təklif edib.

Xəbər lenti

Xəbər lenti