Azərbaycan, Bakı, 30 iyun/ Trend / "Istehsalat təmir tikinti" ASC-nin "Akkord inşaat-sənaye" QSC-nə birləşməsi ASC səhmdarlarının iyulen 25-də keçiriləcək növbədənkənar yığıncağında müzakirə ediləcək. Bu barədə rəsmi mətbuatda bildirilir.
Yığıncaqda "Istehsalat təmir tikinti" ASC-nin hesabatına edilən düzəlişlər təsdiq ediləcək və ASC-nin mülkiyyətinin "Akkord inşaat-sənaye" QSC-nə icarəyə verilməsi məsələsinə baxılacaq.