...

İyulun 1-də Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrackeçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2008 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend / Cari ilin iyul ayının 1-də saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10203720S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 91 gün, ödəmə tarixi 30 sentyabrdır.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti