...

Yanvar-iyunda "Joint Leasing"in portfeli 70 mln. dollar təşkil edib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2008 21:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul/ Trend / Cari ilin birinci yarısında "Joint Leasing"in lizinq portfeli təqribən 10 mln. dollar artıb və iyulun 1-də təxminən 70 mln. dollar təşkil edib.

"Joint Leasing" liziq portfelinin həcminə görə, Azərbaycanın lizinq şirkətləri arasında lider olmaqda davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə lizinq portfeli 40 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında "Joint Leasing" şirkti tərəfindən 40 yeni müqavilə bağlanıb, bu müqavilələrə müvafiq olaraq ümumi dəyəri 10 mln. dollar olan 69 obyekt lizinqə verilib. Şirkətin lizinq üzrə aktiv müqavilələrinin sayı 265-ə çatıb.

Altı ay ərzində maliyyələşdirilən layihələrin ümumi sayından 10-u ümumi məbləği 4 mln. dollar olan regional layihələrin payına düşüb.

Cari ilin yanvar-iyun aylarında şirkət avtomobillərin və daşınmaz əmlakın lizinqini tətbiq edib. Şirkət sonuncu üçün liziq müddətini 10 ilə qədər uzadıb.

Şirkətin liziq portfelində 43 faiz tikinti sektoru, 29 faiz nəqliyyat, 13 faiz isə istehsalın payına düşüb.

"Joint Leasing" QSC-nin təsisçiləri Britaniyanın "Dolphin Leasing" şirkəti (52,3 faiz) və Azərbaycan Beynəlxalq Bankıdır. Ötən ilin iyun ayınadək şirkət "AzeriLeasing" adı altında fəaliyyət göstərirdi.

Xəbər lenti

Xəbər lenti