...

Bakı Fond Birjasında QDİ-nin əlavə yerləşdirilməsi həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2008 21:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend / 08 avqust 2008-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10303920S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın cümə günün yayılan məlumatında bildirilir.

Bir investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 1 144 200 manat təşkil edib. Sifariş 95.45% (gəlirlik 11.52%) qiymətində təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.45% (gəlirlik 11.52%) orta ölçülmüş qiymət - 95.45% (gəlirlik 11.52%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 144 200 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 06 yanvar 2009-cı ildir.

Xəbər lenti

Xəbər lenti