...

BFB- da DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend / Cari ilin avqust ayının 12- də saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10305020S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildrilir.

DQİ-nin ümumi həcmi 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 182 gün, ödəmə tarixi 10 fevral 2009-cu ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti