...

BMK Azərbaycanda korporativ idarəetmə standartlarının tətbiqinin ikinci fazası üçün pilot bank və şirkətlərin seçiminə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (BMK) korporativ idarəetmənin müasir standartlarının (ACGP) tətbiqinə texniki yardım layihəsinin ikinci fazası çərçivəsində pilot proqram üçün ərziələrin qəbulunu elan edib, çərşənbə günü ACGP-dən bildiriblər.

Layihənin məqsədi səhmdar cəmiyyətlərdə, o cümlədən kommersiya banklarında korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsidir. Pilot təşkilatlar bank və şirkətlərin sərmayə potensialı və maliyyə perspektivlərinə, onların islahatlara meyl etməsinə müvafiq olaraq seçiləcək. Seçilmiş şirkət və banklar onların korporativ idarəetmə təcrübəsinin qiymətləndirilməsini, struktur və şuralar, menecment və səhmdarlar arasında qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi üzrə məsləhətləri nəzərdə tutan geniş proqramda iştirak edəcəklər. Bundan əlavə, korporativ sənədlərin dünya təcrübəsinə uyğun vəziyyətə gətirilməsi, daha şəffaf və açıq maliyyə hesabatlarının hazırlanmasında yardım göstəriləcək.

Birincidən fərqli olaraq pilot proqramın ikinci fazasında iştirak ödənişli olacaq. Ödəniş işin həcmindən asılı olacaq. Özəl şirkət və bankların ACGP proqramında iştiraka sadiqliyini təmin etmək üçün belə dəyişikliklə bağlı zərurət yaranıb.

İsveçrənin İqtisadi İnkişaf üzrə Dövlət Katibliyi Seco layihənin ikinci fazasının maliyyələşdirilməsini öz üzərinə götürüb və onun reallaşdırılması üçün $4 mln.-dan çox vəsait ayırıb.

Seco-da hesab edirlər ki, ikinci faza çərçivəsində 10-dan artıq şirkət seçilməyəcək. Belə ki, prioritetlərdən biri yalnız kəmiyyət deyil, keyfiyyət olacaq və müvafiq şəkildə çox sayda şirkətlə mühüm nəticəyə nail olmaq mümkündür. Birinci fazada altı bank və şirkət seçilib.

Layihə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) normalarına uyğun olaraq və İsveçrənin Seco Dövlət Katibliyinin maliyyə dəstəyi ilə korporativ idarəetmə standartlarının tətbiqinə yardım edir.

BMK tərəfindən irəli sürülən və Seco-nun maliyyələşdirdiyi layihənin rəsmi açılışı 2005-ci il yanvarın 26-da keçirilib. Layihənin birinci fazasının reallaşdırılması üç ilə hesablanıb, onun ümumi büdcəsi $2,1 mln. təşkil edib.

Sentyabrın 3-nə olan cari mübadilə məzənnəsi -- 0,8145 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti