...

Gürcüstandakı münaqişə şirkətlərin "Nabukko" qaz kəmərini tikmək istəklərinə təsir göstərməyib - OMV-nin nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir A.Bədəlova/ ї Gürcü - osetin münaqişəsi їNabukkoї qaz kəmərinin tikintisi layihəsinin realizəsinə təsir göstərməyibї, - Avstriyanın OMV şirkətində beynəlxalq layihələr və їNabukkoї layihəsinin nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) bildirib.

Gürcüstandakı münaqişə karbohidrogenlərin Qafqazdan keçməklə Mərkəzi Asiyadan Avropaya tranziti riskini artırıb. Əksər analitiklər münaqişənin Avropanın enerji təhlükəsizliyinə ciddi təsir edə biləcəyindən və başlanğıcı Gürcüstanla həmsərhəd Türkiyədə olacaq їNabukkoї qaz kəməri layihəsi üçün maliyyə çətinlikləri törədəcəyindən danışırdılar.

їBir müddət əvvəl baş verən gürcü - osetin münaqişəsi їNabukkoї Konsorsiumu üzrə tərəfdaşların layihəyə münasibətinə təsir etməyib. Konsorsiumun bütün iştirakçıları layihəyə sadiqdirlər və qəti şəkildə qaz kəmərinin tikintisini həyata keçirmək niyyətindədirlərї, - Dolezal bazar ertəsi elektron poçtla Trend - a bildirib.

Dəyəri $12,4 mlrd. olan їNabukkoї qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarükü nəzərdə tutulur. їNabukkoї layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər paya ї 16,67 faiz paya malikdir. İri energetika şirkəti Gaz de France da qaz kəməri ilə nəql olunan qazın bir hissəsinin alınmasına maraq göstərir.

Dolezalın bildirdiyinə görə, layihənin realizə müddəti və dəyəri dəyişməz qalır. їNabukkoї qaz kəməri ilə qazın ixracı 2013 - cü ildə başlayacaq. їMəsələni siyasi səviyyədə həll etməyə vaxt varї, - o qeyd edib.

2009 - cu ilin yanvarında Budapeştdə їNabukkoї layihəsində iştirak edən dövlətlərin sammitinin keçirilməsi planlaşdırılır. Sammitdə Zaqafqaziya və Mərkəzi Asiyadan potensial qaz ixracatçıları, tranzit ölkələr, həmçinin, ABŞ administrasiyası və Aİ rəhbərliyi iştirak edəcək. Yüksək səviyyədə görüş zamanı layihə üzrə hökumətlərarası saziş imzalamaq planlaşdırılır. Bu saziş boru kəmərinin tikintisi məqsədilə Konsorsiumda iştirak edən ölkələrin qanunverici bazasının unifikasiyası üçün lazımdır. Gələcəkdə tərəflər tranzit və nəqliyyat sazişi imzalamalı olacaqlar.

їїNabukkoї layihəsi nəzərdə tutulan kursla gedir və biz onun reallaşdırılması üzərində iş aparırıqї, - Dolezal bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti