...

Bakı-Şamaxı-Muğan avtomobil yolunun tikintisinin dəyəri artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Nəqliyyat Nazirliyi Dünya Bankına (DB) Bakı-Şamaxı-Muğan avtomobil yolunun yenidənqurulması planına yenidən baxmağı təklif edib. Plana əsasən bu yol dördzolaqlı olacaq, - şənbə günü nazirlikdən bildiriblər. Layihənin ilkin texniki-iqtisadi əsası ikizolaqlı yolun tikintisinə əsaslanıb.

"DB tikinti planının dəyişdirilməsinə artıq ilkin razılıq verib, lakin bankın missiyasının oktyabrın 6-da Bakıya gözlənilən səfərinin gedişində bu məsələ yenidən müzakirə mövzusu olacaq", - nazirlikdən qeyd eiblər.

Bu dəyişikliklə əlaqədar olaraq, Azərbaycan hökumətinin öz vəsaitləri hesabına ödəmək niyyətində olduğu layihənin bahalaşması qaçılmazdır. Buna baxmayaraq, əvvəlcə DB-nin razılığı alınmalıdır, belə ki, layihə bankın direktorlar Şurasında təsdiq edilib.

Yolun uzunluğu 124 kilometrdir. Təsdqi edilmiş layihəyə əsasən, onun tikintisi $90,11 mln. qiymətləndirilir. $72,09 mln. məbləğdə tikinti işlərini DB maliyyələşdirəcək, $18,02 mln. isə Azərbaycan tərəfi ayıracaq. Nazirlikdə layihənin bahalaşması ilə bağlı yeni hesablamaalr aparılıb, lakin onlar hələlik açıqlanmır.

Tikinti işlərinin görülməsi üçün baş podratçı İtaliyanın Todini Costruzioni Generali S.p.A şirkəti seçilib.

Layihə çərçivəsində Tovuz dairəvi yolunun tikintisi nəzərdə tutulur ki, hazırda bununla əlaqədar bu ərazidə yaşayan insanlardan torpaqların alınması üzrə işlər aparılır. Yolun uzunluğu 7,2 kilometrdir. Nazirlikdən 3,3 kilometrdə işlərin artıq həyata keçirildiyini bildiriblər.

Bakı-Şamaxı-Muğan yolu Bakını respublikanın qərb rayonları ilə bağlayacaq. Layihənin əsas məqsədi nəqliyyat xərclərinin azaldılması və çıxışın, tranzitin artırılması, Şərq-Qərb Azərbaycan dəhlizləri üzrə keçid üçün yol təhlükəsizliyinin təmin edilməsidir.

Bu yol layihəsi DB Direktorlar Şurasında 2006-cı il yanvarın 17-də təsdiqlənib. Kredit ehtiyatları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılıb: 4 il güzəştli dövr olmaqla 20 il müddətinə və illik libor+0,5 faiz dərəcə ilə.

Finlandiyanın Finroad şirkəti layihənin məsləhətçisi qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti