...

BBVB - nin birja elektron ticarət sistemində orta gündəlik dövriyyə iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend / Azərbaycan Beynəlxalq Bankı (ABB) 22,06 faiz iştirak payı ilə sentyabrda Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin yekunları üzrə birja valyuta bazarının liderləri - bankların beşliyinə başçılıq edib, - Bakı Banklararası Valyuta Birjasının (Baki Banklararasi Valyuta Birjasi ї BBVB) məlumatında bildirilir.

Hərracların ümumi həcmində bağladıqları əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının lider bankları sırasına Unibank ASC, Yapi Kredi Bank Azerbaycan QSC, Bank StandardQSC və Azerbaycan Senaye Banki səhmdar - kommersiya bankı daxil olub. Unibank - ın payı ї 20,64 faiz, Yapi Kredi Bank Azerbaycan ї 11,16 faiz, Bank Standard ї 10,73 faiz və Azerbaycan Senaye Banki ї 10,55 faiz təşkil edib.

Məlumatlarda Azərbaycan Milli Bankının sazişləri nəzərə alınmır.

Ümumi hesabda cari ilin sentyabr ayında BBVB - nin valyuta bölməsindəki elektron hərraclarda 23 bank iştirak edib. Birja Elektron Ticrət Sistemində (BEST) 44 ticarət sessiyasında 64 əqd qeydə alınıb. Valyuta bölməsində ticarətin həcmi 128,325 mln. manat və dollar ekvivalentində 158,077 mln. təşkil edib.

2008 - ci ilin avqust ayının göstəriciləri ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 11,19 faiz artıb. Eyni zamanda, BEST ticarət sistemində ortagünlük dövriyyə ötən ayda $3,382 milyondan $7,185 milyonadək qalxıb. Hər əqdin orta həcmi $1,754 milyondan $2,470 milyonadək artıb.

Cari ilin səkkiz ayı ərzində Birjanın xarici valyutalar üzrə dövriyyəsi 1604,8 millyon manatdan çox və yaxud dollar ekvivalentində $1,946 millyarda yaxın təşkil edib. Ötən ilin yanvar - sentyabr ayları ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri 80,05 faiz və yaxud 865,189 milyon manat artıb.

Hesabat ayında Birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,75 faiz artıb ї hər USD görə 0,8124-dan 0,8063 AZN qədər.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi sentyabr ayında 0,8118 manata bərabər olub, halbuki, avqusta bu göstərici 0,8125 AZN təşkil edirdi. Son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,67 faiz, cari ilin əvvəlindən isə, 3,96 faiz artıb.

Oktyabrın 6 - na olan cari mübadilə məzənnəsi -- 0,8101 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti