Azərbaycan prezidenti bölgə aeroportunun açılış mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 8 Oktyabr 2008 12:44 (UTC +04:00)
Azərbaycan prezidenti bölgə aeroportunun açılış mərasimində iştirak edib

Azərbaycan, Lənkəran, 08 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycan prezidenti İlham Əliyev ölkənin cənub regionlarına səfəri çərçivəsində Lənkəranda (Bakının 270 km-də yerləşir) beynəlxalq aeroportun açılış mərasimində iştirak edib.

Prezident məruzə ilə çıxış edərək qeyd edib ki, bu vaxta qədər aeroport yalnız daxili uçuşlar həyata keçirirdi, açılışdan sonra isə beynəlxalq uçuşlar da mümkün olacaq.

Aeroportun tikintisi üzrə işlərə 2006-cı ildə start verilib. Lənkəran aeroportunun yenidənqurma işlərinin dəyəri $51,1 mln. qiymətləndirilir. Layihə "Azərbaycan hava yolları" QSC-nin (AZAL) sifarişi ilə reallaşdırılıb. Uçuş-enmə zolaqlarının tikintisi üzrə işlər Azvirt MMC, aerovağzal binası, yük terminalı və digər obyektlərin tikintisi üzrə işlər isə Türkiyənin "Zema" firması tərəfindən həyata keçirilib.

Aeroportda 150 sərnişinlik aerovağzal, su anbarı, yük anbarı, qazanxana və sutəmizləyici qurğular fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti