Azərbaycan, Bakı, 13 oktyabr/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd (0,02 08 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80984 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 6-da (1 ABŞ dolları üçün 0,8101 manat), minimum isə oktyabrın 9-da (1 ABŞ dollarına 0,8094 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
29sentyabr | 0,8070 | 6 oktyabr | 0,8101 |
30 sentyabr | 0,8070 | 7 oktyabr | 0,81 |
1 oktyabr | 0,8070 | 8 oktyabr | 0,8098 |
2 oktyabr | 0,8088 | 9 oktyabr | 0,8094 |
3 oktyabr | 0,8096 | 10 oktyabr | 0,8099 |
Həftə ərzində orta | 0,80817 | Həftə ərzində orta | 0,80984 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,809 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi oktyabrın 6-da (1 ABŞ dollarına 0,8094 manat), minimum isə oktyabrın 9-da (1 ABŞ dollarına 0,8084) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 6-da - 0,8094 AZN/USD məzənnəsi ilə $12,15 mln., oktyabrın 8-də - 0,8090 AZN/USD məzənnəsi ilə $0,539 mln., oktyabrın 9-da - 0,8084AZN/USD məzənnəsi ilə $8,3 mln., oktyabrın 10-da - 0,8089 AZN/USD məzənnəsi ilə $18,6 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
29sentyabr | 0,8070 | 6 oktyabr | 0,8101 |
30 sentyabr | 0,8070 | 7 oktyabr | 0,81 |
1 oktyabr | 0,8070 | 8 oktyabr | 0,8098 |
2 oktyabr | 0,8088 | 9 oktyabr | 0,8094 |
3 oktyabr | 0,8096 | 10 oktyabr | 0,8099 |
Həftə ərzində orta | 0,80817 | Həftə ərzində orta | 0,80984 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
29 sentyabr | - | 6 oktyabr | 0,8094 |
30 sentyabr | - | 7 oktyabr | 0,8093 |
1 oktyabr | - | 8 oktyabr | 0,8090 |
2 oktyabr | 0,8083 | 9 oktyabr | 0,8084 |
3 oktyabr | 0,8090 | 10 oktyabr | 0,8089 |
Həftə ərzində orta | 0,80865 | Həftə ərzində orta | 0,809 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 18 manat səviyyəsində qalıb.
Özəlləşdirmə çekləri 2010-cu il yanvarın 1-dək etibarlıdır.