...

AMB iri Azərbaycan banklarının müflis olması haqda şayiələri təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend / Azərbaycan Milli Bankı (AMB) bir neçə iri Azərbaycan bankının müflis olmasına dair yayılan şayiələri təkzib edir və bunun yalnız Azərbaycan banklarının müsbət imicinə xələl gətirmək məqsədilə edilən cəhdlər kimi dəyərləndirir.

AMB ictimaiyyəti dünyada baş verən qlobal maliyyə böhranının, ehtiyat tədbirləri və maliyyə bazarında tətbiq edilən iti alətlər sayəsində dünya bazarına inteqrasiya edən Azərbaycanın bank sistemi üçün böyük təhlükə yaratmadığına əmin edir.

Milli Bank vətəndaşlardan əsassız və süni şəkildə yaradılmış gərginliyə və ajiotaj yaradan informasiyalara aldanmamağı xahiş edib.

"Azərbaycanda heç bir bank maliyyə cəhətdən gərginlik yaşamır və bütün banklar öz fəaliyyətini normal rejimdə davam etdirir", - deyə AMB-nin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti