...

Sarkozi maliyyə böhranına Avropanın vahid cavabını axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2008 14:15 (UTC +04:00)
Sarkozi maliyyə böhranına Avropanın vahid cavabını axtarır

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir A.Bədəlova/ Avropa ölkələri maliyyə böhranının həllində birlik nümayiş etdirməlidirlər, Avropa Parlamentinin iclasında çıxış edən Fransa prezidenti Nikolya Sarkozi çərşənbə axşamı bildirib. İclas "Vesti" telekanalının birbaşa efirində yayımlanıb.

"Bizim vahid bankımız, vahid valyutamız var və birlik nümayiş etdirmək lazımdır", - Sarkozi söyləyib.

Lakin onun sözlərinə görə, məsələnin həllini tapmaq heç də asan deyil. "Avropa bankı təkdir və iqtisadi prinsiplər əsasında müvafiq tədbirlər görməlidir", - prezident bildirib.

"Banklara kreditləşdirmə üzrə funksiyaları yerinə yetirmək imkanı vermək üçün ümumi həll tapmaq lazımdır", - Sarkozi bildirib.

Onun sözlərinə görə, bankların risklərin qəbulu üzrə funksiyaları pozmamaları üçün onlara qarşı normativ və tələbləri dəqiq müəyyən etmək lazımdır.

"Biz XXI əsrə daxil olsaq da, maliyyə institutlarımız hələ də XX əsrin institutlarıdır", - Sarkozi bildirib.

"Maliyyə böhranının qlobal olması ilə əlaqədar, onun cavabı da qlobal xarakter daşımalıdır", - Fransa prezidenti əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti