...

Doqquz ay ərzində Azərbaycanın Parabank-ının depozit portfeli iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir N.İsmayılova/ 2008 - ci ilin 9 ayı ərzində Parabank ASC-də yerləşdirilmiş əmanətlərin həcmi ilin əvvəlinə nisbətən 2 dəfə artıb və 2008-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, 31 mln. manat səviyyəsinə çatıb, - bankın cümə axşamı yayılan məlumatında bildirilir.

2007-ci ilin sentyabrı ilə müqayisədə bu göstərici 184,5 faiz artıb.

"Əmanətlərin həcminin belə yüksək artımında  Parabank-ın Əmanətlərin Sığortalanması Fonduna üzv olması mühüm rol oynayıb", - bankdan bildiriblər.

2008-ci ilin əvvəlinə nisbətən bankın ümumi depozit portfeli 2 dəfədən çox artaraq, hesabat dövrünün sonuna 33,3 mln. manat təşkil edib.

Bankın kredit portfeli doqquz ay ərzində 80,6 faiz artaraq, 2008 - ci il oktyabrın 1-nə olan vəziyyətə görə, 39,2 mln. manat təşkil edib. Ötən ili müvafiq dövrü ilə müqayisədə, kredit portfelinin artımı 97,4 faiz olub. 2008-ci il oktyabrın 1-nə fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 4,9 mln. manat səviyyəsinə çatıb. Sentyabr ərzində bu göstərici 27,3 faiz artıb.

Parabank ASC-nin aktivlərinin də yüksək artım tempi təmin olunub. Bankın aktivlərinin həcmi cari ilin oktyabrın 1-nə 62,1 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 50,2 faiz çoxdur.

Bankın məcmu kapitalının həcmi 11,7 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 15,2 mln. manat, o cümlədən faiz gəlirləri 5,7 mln. manat, qeyri-faiz gəlirləri isə 9,5 mln. manat təşkil edib. 2007-ci ilin eyni dövrü ilə müqayisədə, bankın ümumi gəlirləri 141,3 faiz artıb.

Hesabat dövrünün sonuna bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 1687 ədəd,  bank tərəfindən quraşdırılmış bankomatların sayı 9, POS - terminalların sayı 128 ədəd olub.  Parabank ASC baş ofisi və 11 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin həcmini artırmaqda davam edir.

Oktyabrın 30-na olan cari mübadilə məzənnəsi -- 0,8087 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti