Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (ADSMF) icbari dövlət sosial sığortası üzrə fərdi ödəmə uçotu sistemi üzrə 1,45 mln. nəfəri qeydiyyata alıb. Bu barədə çərşənbə axşamı ADSMF-nın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elman Bababyev bildirib.
Onların əksər hissəsini 420,45 min nəfər hesablanan 40-dan 50-dək yaş həddində olanlar təşkil edib. 30-dək yaşadək sosial sığrtadan keçmiş şəxslərin sayı 351,03 min nəfər, 30-dan 40-dək olanlar 330,43 min nəfər, 50-dən 60-dək olanlar 257,57 min nəfər, 60 yaşdan yuxarı olanların sayı isə 100,29 min nəfər təşkil edib.
Fərdi uçot ölkə qanunverciliyinə müvafiq pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortalanan şəxs barədə məlumat uçotunun aparılması və təşkilindən ibarətdir.
Azərbaycan prezidentnin "Dövlət sosial sığorta sistemində fərdi uçot barədə" Qanunun tətbiqinə dair fərmanı 2001-ci ilin dekabrında imzalanıb.
Fond rəhbəri Səlim Müslimov əvvəllər bildirib ki, icbari sosial sığorta üzrə fərdi uçot sisteminin tətbiqinin maliyyələşdirilməsi üçün 2008-ci ildə fond büdcəsindən 1,65 mln. manat ayrlıb. Fond 2009-cu ilədək fərdi uçot sisteminin tətbiqini başa çatdırmaq niyyətindədir.
Məqalə miüəllifi ilə əlaqə ünvanı - [email protected]