...

Qaz OPEK-i geosiyasi təsirini genişləndirir – The Heritage Foundation -ın analitiki Ariel Koen

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2008 10:34 (UTC +04:00)
Qaz OPEK-i geosiyasi təsirini genişləndirir – The Heritage Foundation -ın analitiki Ariel Koen

Azərbaycan, Bakı, 10 noyabr/ Trend / The Heritage Foundation-ın (ABŞ) böyük elmi əməkdaşı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün

Qaz OPEK - i geosiyasi təsirini genişləndirir

Təbii qaz kartelinin üç təsisçisi - Rusiya, İran və Qətər, Qaz İxracatçısı Ölkələri Forumunun (QİÖF) digər üzvləri ixrac həcmi, tədarük cədvəli və yeni boru kəmərlərinin tikintisi üzrə "strateji razılaşma əldə etməyi" planlaşdırırlar. Bakı, Aşqabad və digər az qaz istehsal edən paytaxtlar əsəbiləşirlər, belə ki, onların müstəqil qərar qəbul etmələri təhlükə altına düşə bilər.

Rusiyanın qaz inhisarçısı və dünyanın iri qaz istehsalçılarından olan Qazpromun sədri

Aleksey Miller Birinci kanala müsahibəsində bildirib ki, üçlüyün əsas diqqəti üçtərəfli layihələrə cəmləşdirilib. "Tədqiqat və istehsaldan tutmuş, paylaşma və marketinqədək bütün qaz məsələləri üzərində üç ölkə işləyəcək ...Böyük üçlük qaz ixracatçıları forumunun lokomotivi olmağa hazırlaşır".

"Qaz istehsalçıları mövcud qiymətqoyma mexanizmində müəyyən çatışmazlıqlar görürlər. Boru kəməri qazı, hətta neft və neft məhsulları da, maye təbii qaz ilə müqayisədə ucuzdur....Lakin qaz da karbohidrogendir ...Qaz gələcəyin yanacağıdır, o, demək olar ki, təmiz enerjidir...Təşkilatın məqsədləri nəcibdir. İstehlakçılar üçün qiymətlər şəffaf və qabaqcadan müəyyən edilə bilən olmalıdır".

QİÖF qaz yataqlarını birgə öyrənməyi və istifadə etməyi, hasilata başlamağı və bu prosesi birgə əlaqələndirməyi planlaşdırırlar. Öz işlərini davam etdirmək üçün üzvlər daimi katiblik yaratmağı planlaşdırırlar. Əks təsirlərə baxmayaraq, QİÖF yaradılan kartelin bütün əlamətlərinə malikdir, üçlük isə, onun təsisçi üzvləridir. Bu təsisçilər QİÖF vasitəsilə qarşılıqlı əlaqələrini hüdudlardan kənarda genişləndirəcək və digər qaz istehsalçılarını da arxalarınca aparacaqlar.

Bundan əlavə, Rusiya və İran çox vaxt enerji ilə az bağlı olan sahələrdə Aİ-yə təsir vəsitələrini artırmaqda maraqlıdır, eyni zamanda onların qonşuları Azərbaycan və Türkmənistanın Avropaya bilavəsitə qaz ixrac etmək planları pozula bilər.

Yeni kartel üç liderinə böyük geosiyasi üstünlük gətirə bilər.

Yeni kartel genişlənərsə, Rusiya və İran təmiz qələbə qazanacaqlar; onlar Avrasiyanın Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistan kimi az qaz tədarükçüləri üzərində təsir əldə edəcəklər.

İran, Rusiya, Qətər, Türkmənistan, Bruney və Venesuela kimi iri qaz istehsalçıları bir ümumi cizgiyə malikdirlər: demokratiya defisiti. Yeni kartelin hər üç üzvü birmənalı olmayan keyfiyyəti bölüşürlər. Qaz karteli də OPEK kimi nəhəng iqtisadi gücə malik olacaq. Yüksək qiymətlər və ehtiyatların təhvil verilməsi yolu ilə mane olmaq, etiraz etmək, ola bilsin ki, bazar demokratiyasını zəiflətmək üçün istifadə oluna bilər. Bu qəbildən olan kartel Çin kimi qeyri -demokratik iri miqyaslı istehlakçıya bənzər ölkələrlə sövdləşmələri poza, Qərbi qiyməti tam ödəməyə məcbur edə bilər.

Birgə qlobal fəaliyyət lazımdır

Buş Administrasiyası Tehran və Doha görüşlərinə, demək olar ki, reaksiya vermədi. ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin yüksək vəzifəli üzvü İleana Ros - Lextinen Dohadakı görüşdən sonra Dövlət katibliyinə müraciət edərək bildirdi ki, qaz OPEK-nin yaradılması "dünya üzrə enerji tədarükləri üçün böyük və uzunmüddətli təhlükə olacaq" və ABŞ buna "qətiyyətlə əks təsir göstərməlidir".

Oktyabr bəyanatına cavab olaraq, Avropa Komissiyası "enerji tədarüklərinin azad bazarda reallaşdırılmalı olduğunu hesab etdiyini" və qiymətləri saxtalaşdıran kartelə qarşı çıxdığını bildirdi. Qazpromun Avropada nəql və emal aktivlərini əldə etməsinə mane olacaq qiymətlərin açılması təklifinə dair bu yaxınlarda ləğv edilən "Qazprom düzəlişi", deyəsən, yenidən dirçəlib.

Təəccüblü odur ki, E.ON və Eni kimi Avropa şirkətlərinin Rusiyanın enerji maraqlarını lobbiləşdirilməsi uğursuz olarsa, dünya qaz kartelinin meydana gəlməsini nəzərdən keçirəcəkmi?

OPEK ilə bağlı hadisə göstərir ki, rəqabət üçün bazarların bağlanması, milli neft şirkətlərinin təşviqi və norma sistemi vasitəsilə istehsalın azaldılması tədarükün məhdudlaşdırılmasına və neft qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Qaz əməliyyatları uzunmüddətli perspektivdə fərqlənməyəcək.

ABŞ nə edə bilər?

Birləşmiş Ştatlar gələcək kəşfiyyat və hasilat üçün nəhəng onşor və offşor təbii qaz ehtiyatlarını açmalı və qonşuları Kanada, Meksika və Karib hövzəsini eyni addımı atmağa çağırmaldır.

Bundan əlavə, növbəti administrasiya qaz bazarı kartelinin yaradılmasının məhdudlaşdırılması üzrə dəqiq qlobal siyasət hazırlamalıdır. ABŞ qaz sektorunda kartelin yaranmasının qarşısını almaq üçün, xüsusilə Avropa İttifaqına üzv ölkələr, Yaponiya, Çin, Hindistan və digər dövlətlərlə işləməlidir. Buna Çin və Hindistanın daxil olmalı olduğu Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq və enerji bazarlarında kartelin yaradılmasında fəal iştirak edən dövlət şirkətlərinə qarşı bütün dünyada antitrest qanunvericiliyinin tətbiq edilməsi yolu ilə nail olmaq olar.

Və nəhayət, ABŞ QİÖF iştirakçıları və Rusiya - İran hökmranlığına qarşı çıxan dövlətlər, o cümlədən Azərbaycan, Kanada, Niderland və Norveçlə sıx əlaqədə işləməlidir.

Milli Təhlükəsizlik Şurası və Milli İqtisadi Şuranın növbəti administrasiyaları siyasətin hazırlanması prosesində aparıcı rolu üzərlərinə götürməlidirlər. Alıcıların həmrəyliyi baş tutmayınca, bütün dünya üzrə enerji istehlakçıları və iqtisadi artım əziyyət çəkəcək..

Xəbər lenti

Xəbər lenti