...

Texnika Bank-ın aktivləri 400 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend / 2008 - ci il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın Texnika Bank-ının aktivləri 410 mln. manat təşkil edib, - bankın məlumatında bildirilir.

Bankın depozit portfeli 149,98 mln. manat təşkil edib. Bankın kredit portfeli 296,18 mln. manata çatıb. Bu vəsaitin 68,8 mln. manatı istehlak kreditlərinin payına düşür.

Texnika Bank-ın məcmu kapitalı 58,22 mln. manat, Nizamnamə kapitalı 26,9 mln. manat təşkil edib.

Hesabat dövründə vergilər ödənildikdən sonra bankın mənfəəti 20,86 mln. manat təşkil edib.

Noyabrın 1-nə aktiv plastik kartların sayı 41309-a bərabərdir.

Hazırda Azərbaycan ərazisində bankın 35 filialı fəaliyyət göstərir.

Noyabrın 11-nə olan cari mübadilə məzənnəsi - 0,8085 AZN/USD

Xəbər lenti

Xəbər lenti