Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) icbari dövlət sosial sığorta üzrə fərdi uçot sistemində 72 ölkədən 6,2 min əcnəbi qeydiyyata alıb. Bu barədə bazar ertəsi DSMF - dən məlumat verilib.
Onlardan 3,6 min nəfəri Türkiyə, 988 mini Gürcüstan, 44 nəfəri Rusiya, 181 -- İran, 138 --Hindistan, 75 nəfər Çin və digər ölkələrin vətəndaşlarıdır.
Əvvəllər DSMF - dən verilən məlumata görə, Azərbaycanda icbari dövlət sosial sığorta üzrə fərdi uçot sistemində qeydiyyatdan keçənlərin ümumi sayı 1,45 mln. nəfər təşkil edir.
Fərdi uçot sistemi pensiya və sosial müdafiənin digər hüquqlarının ölkə qanunvericiliyinə müvafiq təminatı üçün hər bir sığortalanan şəxs barədə məlumat uçotunun aparılmasından ibarədir.
Azərbaycan prezidenti 2001-ci ilin dekabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanununun tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Fondun rəhbəri Səlim Müslimov əvvəllər bildirib ki, icbari sosial sığorta üzrə fərdi uçot sisteminin tətbiqinin fond büdcəsindən maliyyələşdirilməsi üçün 2008 - ci ildə 1,65 mln. manat ayrılıb. Onun sözlərinə görə, Fond 2009 - cu ilədək fərdi uçot sisteminin tətbiqini başa çatdırmaq niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]