...

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən Rusiyaya məxsus gəmi yedəyə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2008 00:28 (UTC +04:00)

Azəbaycan, Bakı, 16 dekabr / Trend S.Əliyev/ Dübəndi limanından 30 mil aralıda batmaq təhlükəsi ilə üz-üzə qalan, ekipajı 11 nəfərdən ibarət Rusiyaya məxsus "Sarmat-1" gəmisi Azərbaycanın yedək gəmisi tərəfindən yedəyə alınıb. Bu barədə Trend -a Azərbaycanın Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov məlumat verib.

"Gəmi hazırda yedək vasitəsi ilə Azərbaycan sahilinə tərəf gətirilir", - deyə Qurbanov bildirib.

Ölən və yaralanan yoxdur. Qəzaya səbəb gəminin idarəetmə bölməsində yaranmış texniki nasazlıq olub.

"Sarmat-1"in batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat dekabrın 15-də Həştarxanda yerləşən xilasetmə işləri əlaqələndirmə Mərkəzindən daxil olub.

Çay-dəniz tipli "Sarmat-1" gəmisi 1986-cı ildə inşa edilib.

Xəbər lenti

Xəbər lenti