...

Nar Mobile - dan "BəxtəvərSƏN" yeni il lotereyasının dördüncü tirajı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2009 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend / Yanvarın 4 - də  canlı yayımda Nar Mobile tərəfindən "BəxtəvərSƏN" lotereyasının dördüncü tirajı keçirilib. Lotereyanın hədiyyələri - Honda CR - V avtomobili və 50 000 manatlıq uduş - 6834025 (Honda CR-V) və 2435126 (50 000 manat) nömrəli şifrələrin sahiblərinə qismət oldu.

2008 - ci  il dekabrın 28 - dən 2009 - cu il yanvarın 3 - dək Dəqiqə və ya SMS  şifariş edən ən  aktiv iştirakçılar Nar Mobile-dan 5 ədəd Toshiba noutbuku, 10 ədəd Nokia E71 və 50 ədəd "qızıl" nömrə əldə ediblər.

Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak edirlər. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməlidir. Sifarişin qiyməti 1 manat təşkil edir. BəxtəvərSƏN lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar saat 20:30 - da Lider TV - nin canlı efirində oynanılan Honda CR-V avtomobilinin və ya 50.000 manatlıq uduşun sahibi olmaq imkanı qazanırlar. "BəxtəvərSƏN" lotereyası fevralın 1- dək davam edəcək.

Hər həftə ən aktiv 65 iştirakçı  Toshiba noutbuku, Nokia E71 mobil telefonu və Qızıl Nar nömrələri əldə edirlər. Yeni İl Lotereyasında abunəçinin qeydiyyat sayına heç bir məhdudiyyət qoyulmur. Lotereyada daha çox qeydiyyatdan keçməklə? abunəçi qalib gəlmək şansını artırır.

Lotereyanın növbəti  tirajı yanvarın 11 - də keçiriləcək. Yeni İl Lotereyasında  əvvəlcədən ödənişli Nar Mobile tarif planlarının bütün abunəçiləri olan fiziki şəxslər iştirak edə bilərlər.

Azərfon MMC (Nar Mobile ticarət nişanı) 2005 - ci ilin sonunda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb. Operator 2007 - ci il martın 21 - dən kommersiya fəaliyyətinə başlayıb.

Xəbər lenti

Xəbər lenti