...

Türkmənistan və Misir Aşqabadda iqtisadiyyat, elm və texnika sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2009 12:25 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 28 yanvar/ Trend , müxbir E.Həsənov/ Sabah Aşqabadda Türkmənistan və Misirin iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasda Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq üzrə naziri Faiz Əbdülnaq iştirak edəcək.

Bunadək münasibətlər xarici siyasət idarələri səviyyəsində dəstəklənirdi. Ötən il Misir XİN-in nümayəndə heyəti bir neçə dəfə Türkmənistan paytaxtına səfər edib və onlar türkmən tərəfi ilə "konkret nəticələrə yönəldilən yeni qarşılıqlı fəaliyyət formalarının axtarılması" barədə razılaşma əldə ediblər.

Tərəflər qarşılıqlı əlaqələr mexanizmini fəallaşdırmaq üçün birgə komissiyanın yaradılmasını, həmçinin siyasi dialoqun məqsədəuyğun inkişafı üçün müntəzəm məsləhətləşmələrin aparılmasını zəruri hesab ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti