Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir Ü.İsmayılova/ Yanvarda Bakının təkrar daşınmaz əmlak bazarında 4,4 faizlik artım müşahidə olunub. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin çərşənbə günü yayılan məlumatında bildirilir.
"Ay ərzində əvvəllər bazara təklif olunan obyektlərin payı ötən aya nisbətən xeyli azalıb. Bu, qiymətlərin düşməsi səbəbindən mənzil satıcılarının satışdan imtina etməsi nəticəsində baş verib", - deyə təşkilatdan bildiriblər.
Bazarda təkliflər 8,2 faiz azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 4,7 minə enib. Təklifin azalması orta qiymətlərin 2008-ci ilin dekabrında qeydə alınan 1,43 minə nisbətdə 3,8% azalaraq 1,3 $/kv.m-ə qədər enməsinə gətirib çıxarıb.
Yanvarda təkrar bazarda yeni tikililərin payı 4,4 faiz artaraq 60 faizə çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]